Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmran Xanın müşavirinin üzünə “kislota” atılıb

İmran Xanın müşavirinin üzünə “kislota” atılıb

Tarix: 28 Noyabr 2023 13:14

Naməlum şəxs Pakistanın keçmiş Baş naziri və "Ədalət naminə hərəkat" partiyasının rəhbəri İmran Xanın müşaviri Şəhzad Əkbərin üzünə "kislota" atıb. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "The Independent" qəzeti yayıb. 

Hadisə Britaniyanın Hartfordşir qraflığında Əkbərin evinin yaxınlığında baş verib. 

O bildirib ki, naməlum şəxs 4 yaşlı qızının gözü qarşısında onun üzünə "kislota" atıb. Əkbər eynək taxdığından gözlərinə ziyan dəyməyib. Xəstəxanaya çatdırılan pakistanlı müşavir 8 saatdan sonra evə buraxılıb. 

Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.


Etiketlər:  İmran Xanın müşavirinin üzünə kislota atılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ