Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yüz minlərlə ton qəhvə və kakao məhv edilə bilər

Yüz minlərlə ton qəhvə və kakao məhv edilə bilər

Tarix: 29 Noyabr 2023 07:58

Avropada yüz minlərlə ton qəhvə və kakao məhv edilə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb meşələrin qorunub saxlanması ilə bağlı yayda qəbul olunmuş qanundur.

"Financial Times" nəşrində deyilir ki, iyun ayında qəbul edilmiş qanun meşələrin qırılması və uşaq əməyinin istifadəsi nəticəsində istehsalı mümkün olan malların idxalını qadağan edir.

"İstehsalçılar qəhvə və kakao ehtiyatlarını keçid dövründə - 2024-cü ilin dekabrına qədər satmalıdırlar, əks halda onları Avropa İttifaqından kənarda satmalı və ya məhv etməli olacaqlar", - deyə Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Pamela Kouk-Hamilton bildirib.

Hazırda Avropa anbarlarında 200 min tona yaxın kakao və 150 min ton qəhvə saxlanılır. Kakaonun təqribən 70 faizi Qanadan və Fil Dişi Sahilindən gətirilib. Qəhvə ehtiyatlarının əsas hissəsi Braziliya, Vyetnam, Kolumbiya və İndoneziyadan daxil olub.

Qəzetin məlumatına görə, rəsmi Brüssel indiyədək Avropa İttifaqına üzv ölkələrin hökumətlərinə bu məhsulların məhv edilməsinin qarşısını almaq üçün dəqiq göstəriş verməyib. Kateqoriyalardakı qarışıqlıq, həmçinin qəhvə və kakaonun dəqiq paylanmaması səbəbindən hər iki məhsulun ticarəti yavaşlaya bilər.

Milli.Az


Etiketlər:  Yüz minlərlə qəhvə kakao məhv edilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ