Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Allahın "əl-Əhəd" və "əl-Vahid" adlarının mənası

Allahın

Tarix: 30 Noyabr 2023 08:02

əl-Əhəd sözü tək olan, əl-Vahid sözü isə sayca bir olan deməkdir. Allahın əl-Əhəd adı Qurani-Kərimdə bir dəfə əl-İxlas surəsində zikr edilir. Uca Allah buyurur: "De: "O Allah Təkdir (əl-Əhəd)!" (əl-İxlas, 1).
Allahın əl-Vahid adı isə Qurani-Kərimdə iyirmi iki dəfə zikr edilir. Uca Allah buyurur: "Sizin məbudunuz Tək olan (Vahid) İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir" (əl-Bəqərə, 163).
"De: "Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!" (əl-Kəhf, 110).
Mihcən ibn əl-Ədrai rəvayət edir ki, bir gün Allah Elçisi - sallallahu aleyhi və səlləm - məscidə girdikdə bir kişinin namazını bitirərkən təşəhhüddə belə dua etdiyini eşitdi: "Allahım, Sənə yalvarıram, ey Allah! Sən Vahid, Tək, Möhtac olmayan, doğma­yan, doğul­ma­yan, bənzəri olmayansan! Günahlarımı bağışla, şübhə­siz ki, Sən Bağışlayan, Rəhmlisən!". Allah Elçisi üç dəfə dedi: "Artıq o bağışlandı!" (ən-Nəsəi, 1301).
əl-Əhəd və əl-Vahid olan Allah, ibadət edilməyə layiq olan tək tanrıdır, Onun heç bir şəriki və tayı-bərabəri yoxdur.

Milli.Az


Etiketlər:  Allahın əl Əhəd əl Vahid adlarının mənası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ