Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2019 16:15
Bakı. Trend:
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin noyabr ayının 15-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Kürdəmir rayon Heydər Əliyev Mərkəzində (Kürdəmir şəhəri, Bakı prospekti, 18) Kürdəmir rayonundan olan vətəndaşların qəbulu keçiriləcək.
Trend-in məlumatına görə, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Ağdam rayon Heydər Əliyev Mərkəzində (Ağdam rayonu, Quzanlı qəsəbəsi) Ağdam rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağcabədi rayon Bayraq Muzeyində (Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti) Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (Çağrı mərkəzi): 147 və ya (012) 498-97-81 (əlaqələndirici şəxs: Lalə Kərimova - Regional siyasət şöbəsinin sektor müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra №-si |
Şəhər (rayon) |
Əlaqələndirici şəxs |
Əlaqə telefonu |
1 |
Kürdəmir rayonu |
Sevinc Həsənova |
051-723-96-55 020-255-20-51 |
2 |
Ağdam rayonu |
Şahin Qasımov |
050-328-07-41 026-325-00-83 |
3 |
Ağcabədi rayonu |
Ədil Həsənov |
050-497-74-70 021-275-58-26 |
4 |
Laçın rayonu |
Asif Əliyev |
070-327-69-89 021-277-83-41 |
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin