Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasının əsas favoriti MƏLUM OLDU

Çempionlar Liqasının əsas favoriti MƏLUM OLDU

Tarix: 1 Dekabr 2023 07:14

"Real Madrid" 2024-cü ildə Çempionlar Liqasının qalibi olmaq üçün əsas favorit olub.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə nüfuzlu "Goal" portalı məlumat yayıb.

Avropanın əsas klub turnirində 1/8 finala erkən vəsiqə qazanan Karlo Ançelottinin rəhbərlik etdiyi komanda hazırkı kubokun sahibini qabaqlayaraq reytinqdə lider mövqe tutub.

İkinci yerdə İngiltərənin "Mançester Siti"si qərarlaşıb.

Reytinqdə üçüncü yeri Londonun "Arsenal"ı, ondan sonra "Bavariya" və "İnter" gəlir. İlk 10-luğa həmçinin "Borussiya Dortmund", "Barselona", "Atletiko Madrid", "Real Sosyedad" və "RB Leipzig" də daxil olub.

Ötən mövsüm "Real" İspaniya çempionatını yalnız ikinci yerdə başa vurmuşdu. Madrid komandası qalib gələn "Barselona"dan 10 xal geri qalıb. "Atletiko" ilk üçlüyü tamamlayıb.

Bu mövsüm "Real" İspaniya çempionatında əlavə göstəricilərə görə "Jirona"nı qabaqlayaraq birinci yeri tutur.


Etiketlər:  Çempionlar Liqasının əsas favoriti MƏLUM OLDU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ