Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÜMT: 2023-cü ildə iqlim rekordları qeydə alınıb

ÜMT: 2023-cü ildə iqlim rekordları qeydə alınıb

Tarix: 1 Dekabr 2023 07:48

2023-cü il çox güman ki, indiyədək aparılan müşahidələrin tarixində ən isti il kimi yadda qalacaq. Daha əvvəl ən isti sayılan 2016-cı və 2020-ci illərlə müqayisədə bu ilin oktyabr ayındakı temperatur fərqi o qədər böyük olub ki, noyabr və dekabr ayları nisbətən soyuq keçsə belə, bu demək olar, heç nəyi dəyişməyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Dubaydakı COP28 Beynəlxalq İqlim Konfransının başladığı gün Ümumdünya Meteorologiya Təşkilatı (ÜMO) tərəfindən dərc edilən ilkin hesabatda bildirilir. Yekun hesabat 2024-cü ilin ilk yarısından sonra dərc ediləcək.

Oktyabr ayınadək qlobal orta temperatur 1850-ci ildən 1900-cü ilədək orta temperatur səviyyəsindən +1,4 Selsi daha çox olub. Bugünkü günədək 2016-cı il sənayeyəqədərki səviyyədən +1,3 Selsi daha çox olmaqla, indiyədək müşahidə edilən ən isti il sayılır. Bu ilin iyulunda, avqustunda, sentyabrında və oktyabrında orta qlobol temperatur dərəcələri aylıq rekord həddə çatıb. Bundan başqa, dənizin səthindəki qlobal orta temperaturun aprel ayından başlayaraq, hər ay maksimum həddə olduğu qeydə alınıb.

ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları üzrə Milli İdarəsinin və Avropa İttifaqının "Copernicus" İqlim Dəyişikliyi üzrə Xidmətinin ekspertləri artıq bir neçə dəfə bəyan ediblər ki, 2023-cü il, belə demək olarsa, ən isti il olacaq.

ÜMO-nun rəhbəri Petteri Taalas bildirib: "Bu əsrdə və sonrakı yüzilliklərdə getdikcə əlverişsiz olan iqlim risklərini məhdudlaşdırmaq üçün indi hərəkət etməliyik".

İqlim mütəxəssisləri Dubaydakı COP28 Sammitinin iqtisadiyyatı iqlim baxımından neytral olan temperatur artımına uyğunlaşdıra bilmək üçün tədbirlər görəcəyinə ümid edirlər. Videomüraciətdə BMT-nin baş katibi Antonio Quterreş konfrans iştirakçılarını qlobal temperaturun 1,5 dərəcə məhdudlaşdırılması məqsədinə nail olmaq üçün qətiyyətli addımlar atmağa çağırıb. "Hələ ümid var" - deyə, baş katib vurğulayıb.

Milli.Az


Etiketlər:  ÜMT 2023 ildə iqlim rekordları qeydə alınıb


RƏYLƏR