Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sistit hansı halda xərçəngin əlaməti ola bilər?

Sistit hansı halda xərçəngin əlaməti ola bilər?

Tarix: 2 Dekabr 2023 07:39

Sistit qorxulu xəstəlik olmasa da, bəzi hallarda sidik kisəsi xərçənginin də əlaməti ola bilər.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, uroloq həkimlər sistitin təhlükəli məqamlarını açıqlayıb.

"Sistitin simptomları adətən, tez-tez və ağrılı sidiyə getmə, yandırıcı hiss, qoxulu, iltihablı, tünd sidikdir. Bu zaman qasıq və beldə daimi ağrı ola bilər. Çox vaxt xəstələr sistiti özbaşına müalicə edir. Amma bu sidik kisəsi şişlərindən də ola bilər. Sistit düşünərək, qiymətli vaxt itirilə bilər. Əksər halda (80%) sistit E coli bakteriyası tərəfindən törənir.

Sistit zamanı da analiz və USM mütləqdir. 7 günlük antibakterial müalicədən sonra nəticə verməsə, əlavə müayinələr aparılmalıdır", - uroloq həkimlər qeyd ediblər.


Etiketlər:  Sistit hansı halda xərçəngin əlaməti bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ