Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Naxçıvana yeni Baş konsul təyin edib

İran Naxçıvana yeni Baş konsul təyin edib

Tarix: 3 Dekabr 2023 21:51

İran Naxçıvana yeni Baş konsul təyin edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Əziz Mənsuri İranın Naxçıvan Muxtar Respublikasındakı yeni Baş konsulu təyin olunub.

O, bu vəzifədə Seyid Əhməd Hüseynini əvəz edib.

Qeyd edək ki, yeni Baş konsul Təbrizdə Şərqi Azərbaycan valisi ilə görüşüb.

Əziz Mənsuri görüşdə Naxçıvan Muxtar Respublikası ilə münasibətlərə toxunaraq İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsində Şərqi Azərbaycan vilayəti ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Vali də öz növbəsində İran-Azərbaycan münasibətlərində Naxçıvanın önəmini vurğulayıb.


Etiketlər:  İran Naxçıvana yeni Baş konsul təyin edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ