Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HƏMAS İsrailin nüvə obyektini vurubmuş

HƏMAS İsrailin nüvə obyektini vurubmuş

Tarix: 6 Dekabr 2023 08:52

Oktyabrın 7-də HƏMAS qruplaşmasının Qəzza zolağından atdığı raket İsrailin nüvə silahı daşıya bilən bəzi raketlərinin yerləşdiyi bazaya düşüb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Nyu York Tayms" nəşri yazıb.

Nəşr bildirir ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS ölkənin cənubuna doğru irəliləyən zaman İsrailə atdığı minlərlə raketdən biri Beyt Şemeş yaxınlığındakı Sdot Miça aviabazasının ətrafına düşüb. Nəticədə yanğın baş verib və bazanın təxminən 40 hektar ərazisi yanıb, lakin görünür, strateji obyektlərə çatmayıb.

Amerikalı alim, nüvə sahəsi üzrə mütəxəssis Hans Kristensen bazada nüvə başlıqları daşıya bilən 25-50 "Yerihon" raket buraxılış qurğusunun olduğunu ehtimal edir.


Etiketlər:  HƏMAS İsrailin nüvə obyektini vurubmuş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ