Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2023-cü ilin səs-küylü toyları və ayrılığı - FOTOlar

2023-cü ilin səs-küylü toyları və ayrılığı - FOTOlar

Tarix: 6 Dekabr 2023 15:00

Bitməsinə sayılı günlər qalan 2023-cü il bir çox hadisələrlə yadda qalıb. İl boyu dünyasını dəyişən məşhurlar, ailə quranlar, evliliyini bitirənlər də oldu.

Milli.Az axşam.az-a istinadən şou-biznesdə 2023-cü ildə olan toyların və, ayrılıqların siyahısını təqdim edir:

2023-cü ildə şou-biznesdə subaylığın daşını atan müğənni Səidə Sultan olub. Sənətçi ailə qurduğu şəxsin kimliyini gizli saxlasa da, özünə qadınlardan ibarət toy edib.

Aparıcı Çinarə Əliyeva iyulda özünə toy edib. O, Ruslan adlı cərrahla nikah masasına oturub. 

Müğənni Sevinc Musayeva da bu il ailə quran məşhurlardan olub. O, Əli adlı bəylə oktyabrda nikah masasına oturub. 

Əməkdar artist Ədalət Şükürovun evində toy olub. Müğənni oğlu Emili evləndirib. Toy bu ilin mayında baş tutub.

2023-cü ildə evində "Vağzalı" səsi eşidilənlərdən biri də müğənni Vüsal Əliyev olub. Onun qızı Rəfiqə bu il ailə qurub. 

Xalq artisti Yalçın Adıgözəlovun qızı bu ilin oktyabrında ailə qurub. 

Əməkdar artist Hicran Nəsirovanın qızı Səkinə də bu il ailə qurub. Toy martda olub. 

Reper Pərviz Quluzadə (Paster) bu il özünə toy edib. O, aktrisa Natavan Əfəndiyeva ilə ailə qurub.

Model Razi Əliyeva da bir neçə gün əvvəl nikah masasına oturub. O, sinif yoldaşı olan Nicat adlı bəylə ailə qurub. Cütlük nikah və nişan mərasimini eyni gündə edib. Onlar yanvarda toy etməyi planlaşdırırlar.

Xalq artisti Simarə İmanovanın oğlu Məhəmməd uzun müddətdir nişanlı olduğu xanımla bir neçə gün əvvəl evlənib. 

Müğənni İlqar Xəyalın da bu il evində toy olub. O, oğlu Fuadı evləndirib. Fuad Cəmilə adlı xanımla nikah masasına əyləşib.

Bu il "Space TV"nin aparıcısı Amil Xəlilin də toyu olub.

Müğənni Elariz Məmmədoğlunun övladı Məmmədin toyu olub. ABŞ-də yaşayan sənətçi övladının məclisini İstanbulda edib. Türkiyədə yaşayan Məmməd Mehriban adlı xanımla ailə qurub. 

2023-cü ildə ən çox səs-küy doğuran məqamlardan biri də Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin nişanlanması olub. Nəzrin müğənni Mərdan Kazımovla ailə qurmağa hazırlaşır. 

Xanəndə Eldəniz Məmmədovun da bu il evində xeyir iş olub. Sənətçinin qızı Nəzrin Kamran adlı bəylə nişanlanıb.

Xalq artisti Natiq Şirinovun qızı da bu il nişanlanıb. Sevil Semih adlı bəylə ailə qurmağa hazırlaşır.

2023-cü il şou-biznesdə toylarla yadda qaldığı kimi, ayrılıqsız da ötüşmədi. Belə ki, aktyor Müşviq Şahverdiyevin həyat yoldaşı Aynurədən boşandığı ortaya çıxıb. O, bir müddət əvvəl bir övladının anası ilə yollarını ayırıb. 

Milli.Az


Etiketlər:  2023 ilin səs küylü toyları ayrılığı FOTOlar


RƏYLƏR