Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 10:08
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Lokomotiv"lə matçda (2:1) əvəzlənməsini narazılıqla qarşılayıb.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu 82-ci dəqiqədə Paulo Dibala ilə əvəzləndikdən sonra Turin klubunun baş məşqçisi Maurisio Sarrinin əlini sıxmayıb.
İtaliyalı mütəxəssis görüş bitdikdən sonra Ronaldonun meydandan çıxarmasının səbəbi haqda danışıb. O bildirib ki, 34 yaşlı oyunçunun zədələnə biləcəyindən ehtiyat etdiyi üçün bu addımı atıb: "Birinci hissənin sonunda onda narahatlıq əlamətləri var idi. İkinci hissədə belə anlar bir az da artdı. Onun zədə ala biləcəyindən ehtiyat etdiyim üçün əvəzlədim. Zədə gələcəkdə Kriştianoya mane ola bilərdi".