Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2023 05:00
Həzrət Məhəmməd (s) peyğəmbər buyurub:
"Tamah alimin qəlbindən hikməti aparar."[1]
"Tamah elə sürüşkən qaya parçasıdır ki, alimlərin ayağı onun üzərində sabit qalmaz."[2]
"Tamahdan ehtiyatlı ol ki, o nəqd olan yoxsulluqdur."[3]
İmam Əli (ə) buyurub:
"Tamahkarlıq əbədi köləlikdir."[4]
"Kim ömrünü azad yaşamaq istəyirsə öz qəlbində tamaha yer verməsin."[5]
"Tamahkar xarlığa düçar olubdur."[6]
"Kim tamah libasını əyninə geysə, özünü xar edər."[7]
"Tamahkardan zəlil adam yoxdur."[8]
"Ağılların ən sürüşkən yeri tamahların parıltısı altındadır."[9]
"Təqva və tamahkarlıq bir yerə sığmaz."[10]
İmam Baqir (ə) buyurub: "Necə də pis bəndədir, rəhbəri tamah olan şəxs."[11]
İmam Kazım (ə) Hişama nəsihətində buyurur: "Tamahdan çəkin və insanların malına göz dikmə. Xalqa göz dikmək adətini öz qəlbindən çıxar. Çünki tamah hər zəlalətin açarıdır. O, əqli oğurlayar, insaniyyəti didər, abrı ləkələyər və elmi aradan götürər." [12]
İmam Hadi (ə) buyurub: "Tamah çirkin xislətdir."[13]
İmam Əskəri (ə) buyurub: "Necə də pisdir mömində onu xarlığa çəkən istəyin olması."[14]
Quran yaxşı tamah haqda buyurur:
"Yanlarını yataqlardan ayırarlar. Qorxudan və (ümidə) tamahla Öz Rəbblərini çağırar və onlara verdiyimiz ruzidən ehsan edərlər."[15]
"Niyə Allaha və haqdan bizə tərəf gələnlərə iman gətirməyək? Halbuki Rəbbimizin bizi layiqlilərin cərgəsinə (cənnətə) çıxaracağına tamah salmışıq?" [16]
İmam Səccad (ə) duaların birində buyurur: "Ey Ağam! Öz günahlarıma baxıram, qorxuram. Sənin bağışlamağına baxıram, (ümidə) tamahlanıram."[17]
İmam Səccad (ə) yenə də duada buyurur: "İlahi! Sənə bəslədiyim çoxdankı ümidimə, Səndən umduğum böyük təmənnaya görə, Sənin Özünə vacib etdiyin mehribanlıq və rəhmətə xatir dərgahına dilək əllərimi açıram."[18]
[1] Kənzul-Ummal, Hədis 7576
[2] Tənbihul-Xəvatir, c.1, səh.49
[3] Kənzul-Ummal, Hədis 8852
[4] Nəhcül-Bəlağə, hikmət 180
[5] Tənbihul-Xəvatir, c.1, səh.49
[6] Şərhi Nəhcül-Bəlağə, c.19, səh.50
[7] Şərhi Nəhcül-Bəlağə, c.18, səh.84
[8] Ğurərul-Hikəm, Hədis 10593
[9] Şərhi Nəhcül-Bəlağə, c.19, hədis 41
[10] Ğurərul-Hikəm, hədis 10578
[11] əl-Kafi, c.2, səh.320, hədis 2
[12] Biharul-Ənvar, c.78, səh.315, hədis35.
[13] -d-Durrətul-Bahirə hədis 42
[14] Biharul-Ənvar, c.78, səh. 374, hədis35.
[15] Səcdə, ayə 16
[16] Maidə, ayə 84
[17] Biharul-Ənvar, c.98, səh.83, hədis 2
[18] İqbalul-Əmal c.1, səh.168