Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2023 09:46
Azərbaycanda əsasən fərqli istehsalçılar tərəfindən hazırlanan, lakin eyni tərkibə malik iki növ vaksindən istifadə olunur.
Sonxeber.net bildirir ki, bunu Axar.az-a açıqlamasında Bakı Sağlamlıq Mərkəzi İnfeksiyaya nəzarət və profilaktika şöbəsinin rəhbəri Ləman Qalimova ölkəyə gətirilən Hindistan və Belçika istehsalı olan vaksinlərin keyfiyyəti ilə bağlı deyib.
"Peyvəndlər ölkəyə gətirildiyi anda xüsusi laboratoriyalarda araşdırılır və təhlükəsizliyinə, etibarlılığına zəmanət verilir. Vətəndaşlarımız düşünürlər ki, Belçika vaksini daha üstündür, çünki Avropadan gətirilib. Amma hər iki vaksinin tərkibi eyni olduğundan, keyfiyyəti də oxşardır", - o bildirib.
İnfeksionist vurğulayıb ki, hazırda yayılan qızılca xəstəliyi ilə əlaqədar Hindistan və Belçika vaksinlərindən istifadə olunur.