Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qəlbimizin səsi” adlı konsert keçirilib - FOTO

“Qəlbimizin səsi” adlı konsert keçirilib - FOTO

Tarix: 7 Dekabr 2023 13:06

Dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzində xanəndə Rəvanə Qurbanova və tarzən Rövşən Qurbanovun "Qəlbimizin səsi" adlı konserti baş tutub.

Muğam, xalq və bəstəkar mahnılarından ibarət  konsert proqramında şən-şux nəğmələr, Rövşən Qurbanovun sənət dostları ilə birgə duet ifaları, tələbələrinin çıxışları yaddaqalan anlar bəxş edib.

Konsertdə  tanınmış musiqi xadimləri, ifaçıların müəllimləri iştirak edib. Xalq artistləri Vamiq Məmmədəliyеv, Ramiz Quliyev, Mənsum İbrahimov çıxışlarında  Rövşən Qurbanovun tarzən kimi fəaliyyətini yüksək dəyərləndirərək cütlüyü təbrik ediblər. 2007-ci ildə keçirilən Muğam Televiziya Müsabiqəsinin laureatı eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olan Rəvanə Qurbanovanın sənətdəki uğurlarından söz açan Mənsum İbrahimov ifaçıya sənət yolunda uğurlar arzulayıb.

Konsert proqramı ifaçıların rəngarəng çıxışları ilə yadda qalıb.

Milli.Az


Etiketlər:  Qəlbimizin səsi adlı konsert keçirilib FOTO


RƏYLƏR