Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün onların toylarına gedirəm”

Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün onların toylarına gedirəm”

Tarix: 7 Dekabr 2023 19:55

Müğənni Aynur Dadaşova açıqlaması ilə gündəmə gəlib. 

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində getdiyi məclislərdən söz açıb. 

Aynur bildirib ki, kasıb təbəqənin toy məclislərinə gedərək, mal-mülkə sahiblənib: 

"Deyirlər ki, Aynur Dadaşova kasıb olduğu üçün kasıb təbəqənin toylarına gedir. Qurban olum, o kasıba. Heç zaman insanlarda fərq qoymadım - bunun imkanı var və ya bu, kasıbdır.

Kasıb toyunda oxuyanda Aynur Dadaşova Aynur Dadaşova olmur? Cənub bölgəsində həftələrlə məclislərdə olurdum. Rəhmətlik Baloğlan Əşrəfov günlərin bir günü mənə söylədi ki, nə istəyirsən, bu cənub bölgəsindən?

Buranın toylarını zəbt etmisən. Masallı rayonunun bir-bir kəndlərində məclislərdə olmuşam. Bu gün elə o dedikləri kasıb insanların hesabına evə, bağa sahib olmuşam".


Etiketlər:  Aynur Dadaşova Deyirlər kasıb olduğum üçün onların toylarına gedirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ