Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbolçunun maşınını yandırdılar

Futbolçunun maşınını yandırdılar

Tarix: 7 Dekabr 2023 21:06

Braziliya çempionatında yüksək liqadan düşən "Santos"un azarkeşləri komandanın hücumçusu Stiven Mendozanın avtomobilini yandırıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə "Santos"un çempionatın son turunda "Fortaleza"ya məğlub olduğunu (1:2) matçdan sonra baş verib. 

Baş verən iğtişaşlarda stadionun yaxınlığında bir neçə avtomobil və avtobus yanıb. Hadisə yerinə helikopterlər və hərbi polis cəlb edilib.

Xatırladaq ki, dünya futbolunun əfsanəsi Pelenin klubu kimi tanınan "Santos" mövsümü 17-ci pillədə başa vurub.

Milli.Az


Etiketlər:  Futbolçunun maşınını yandırdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ