Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayraktar TB3 Sistem Performans Testini uğurla tamamladı

Bayraktar TB3 Sistem Performans Testini uğurla tamamladı

Tarix: 8 Dekabr 2023 17:34

Bayraktar TB3 11-ci uçuş testində 6 saat havada qalaraq Sistem Performans Testini uğurla tamamlayıb.

Milli.Az TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Baykar İdarə Heyətinin sədri və Texnologiya Lideri Selçuk Bayraktar sosial media hesabında etdiyi paylaşımda deyib.

Bayraktar TB3 PUA, qatlana bilən qanad quruluşu ilə TCG Anadolu kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.

Selçuk Bayraktar qeyd edib ki, 2024-cü ildə TCG Anadolu gəmisində Bayraktar TB3 üçün sınaqlara başlamağı planlaşdırılır.

"Bayraktar TB3-ün sahib olacağı qabiliyyətlər bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq. Milli SİHA həm də uzaq məsafədən idarə oluna bildiyi üçün görmə qabiliyyətindən kənarda rabitə qabiliyyətinə malik olacaq. Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici gücünə çarpan təsir göstərəcək." - deyə Selçuk Bayraktar bildirib.

Milli.Az


Etiketlər:  Bayraktar TB3 Sistem Performans Testini uğurla tamamladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ