Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2023 20:56
İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu açıqlanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr bu ada layiq görülüb.
30 yaşlı oyunçu "qırmızı şeytanlar"ın heyətində ötən ay hər üç matçı əvəz edilmədən keçirib. İngiltərə millisinin üzvü rəqiblərin zərbələrinə blok sayında birinci, hava mübarizələrindəki üstünlüyə görə isə ikinci olub.
Qeyd edək ki, Harri Maquayr bu mövsüm Premyer Liqada 10 oyunda iştirak edib.