Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfsanəvi ulduzun saç yığımı yenidən dəbdə - FOTO

Əfsanəvi ulduzun saç yığımı yenidən dəbdə - FOTO

Tarix: 11 Dekabr 2023 05:20

Qış nostalji mövsümüdür. Onun təsirini izah etmək çətindir, amma nədənsə bu aylarda xoşbəxt keçmişi xatırlamaq istəyirik. Təsadüfi deyil ki, bir çox qış tendensiyalarını yaradarkən dizaynerlər ənənəvi olaraq keçmişdən ilhamlanırlar. Saç və makiyaj ustaları haqqında da eyni sözü demək olar.

Mövsümün ən aktual saç yığımlarından biri keçmişdən gəldi - Odri Hepburn toppuzu.

Karyerası ərzində əfsanəvi amerikalı aktrisa bizə kifayət qədər yaddaqalan obrazlar bəxş edib, lakin ən ikonik rolu şübhəsiz ki, "Tiffanidə səhər yeməyi" filmindən Holli Qolaytlidir. Bu qış saç stilistləri yekdilliklə onun imzası sayılan yüksək toppuzunu moda arenasına qaytarmaq qərarına gəliblər. Artıq Heyli Biber, Emili Ratakovski və bir çox digər məşhurlar "Odri toppuzu"nu sınaqdan keçiriblər. Bu saç düzümü tamamilə universal olduğunu sübut edib. "Odrinin toppuzu" hər kəsə yaraşır və müxtəlif mərasimlər üçün uyğundur.

Həmçinin daha zərif görünür və bu payızda məşhur olan "odl money" estetikasına mükəmməl uyğun gəlir. "Odri toppuzu" nun fərqli xüsusiyyəti odur ki, burada düşünülmüş dağınıqlıq hökm sürür. Saçları tam olaraq ən yüksək nöqtədə yığmaq çox vacibdir. Əgər topuz daha aşağı olarsa, saç düzümünüz yenə gözəl olacaq, lakin artıq Odri ilə heç bir əlaqəsi olmayacaq. Belə bir toppuzu həm hər gün, həm də xüsusi günlərdə yığa bilərsiniz. Və kəkillərinizi yüngülcə burmağı unutmayın. (Publika.az)

Milli.Az


Etiketlər:  Əfsanəvi ulduzun saç yığımı yenidən dəbdə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ