Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsanlar arasında peyğəmbərdən daha üstün şəxs varmı?

İnsanlar arasında peyğəmbərdən daha üstün şəxs varmı?

Tarix: 11 Dekabr 2023 08:00

İslam inancına görə Peyğəmbərlər və imamlar mütləq mənada məsumdurlar, yəni hər cür günahdan və səhvdən uzaqdırlar. Allah-Taala onları hər cür xətadan uzaq saxlayır. Onlardan başqa hər kəsin günahı və xətası ola bilər. Allah-Taalanın hüzurunda insanların dəyəri təqva və iman ilə ölçülür, məsumlar da bu baxımdan bəşəriyyətin ən üstünüdürlər. Hər zəmanənin peyğəmbəri öz dövründə yaşamış insanların ən üstünüdür. Lakin sonuncu peyğəmbər olan Həzrət Mühəmməd (s) bütün dövrlərin ən üstün və fəzilətli insanıdır, əşrəfi-məxluqatdır (yaradılmışların ən şərəflisi). Peyğəmbərin hamıdan üstün olması həm də əqaiddə təsbir olunmuş bir tələbdir. Xalqın ona tabe olması üçün peyğəmbər hamıdan üstün olmalıdır. Əks halda bir şəxs öz üstünlüyünü usbat edib peyğəmbərə tabe olmamağa bəhanə tapa bilər. Allah-Taala peyğəmbərləri və imamları hamıdan üstün edib ki, heç kim ona tabesizlik göstərməyə cəsarət etməsin və məsumlar heç kimdən əskik olub xəcalətli qalmasınlar. Buna görə onlar həyatın bütün sahələrində insanlardan daha elmli, bacarıqlı, əxlaqlı və imanlıdırlar.


Etiketlər:  İnsanlar arasında peyğəmbərdən daha üstün şəxs varmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ