Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2023 10:16
Türkiyənin Ticarət naziri Ömər Bolat, 20-21 dekabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, Ömər Bolatın Azərbaycanla təmasları çərçivəsində hazırda Türkiyədə 20 milyard dollarlıq sərmayəsi olan SOCAR-ın yeni sərmayələri, Naxçıvan üzərindən planlaşdırılan ticarətin inkişafı məsələləri də müzakirə olunacaq.
Sədər zamanı, Türkiyədən başlayaraq İtaliyaya qədər uzanan TANAP-ın imkanlarının artırılması ilə bağlı danışıqlar aparılacaq. Bu kontekstdə, görüşlərdə Avropa və Türkiyənin enerji təchizatında mühüm yeri olan TANAP-ın tutumunun artırılmasının müzakirəsi planlaşdırılır.
Xatırladaq ki, 27 İyul 2023-cü il tarixində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə rəsmi səfəri çərçivəsində, Türkiyənin Ticarət naziri Ömər Bolatla görüşüb.