Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Rus ordusu uğur qazanır" - Ukraynadan etiraf

Tarix: 11 Dekabr 2023 18:14

Rusiya hərbçiləri FPV pilotsuz uçuş aparatlarından və radiokəşfiyyatdan istifadə etməklə Ukraynada uğur qazanır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin istefada olan generalı Sergey Krivonos deyib.

"Ruslar müəyyən sahələrdə müəyyən taktiki uğurlar əldə edirlər. Təəssüf ki, əsasən FPV pilotsuz uçan aparatlarından və radiokəşfiyyatdan aktiv istifadə onlara buna nail olmağa imkan verdi. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini cəbhə xəttindəki binalarda sığınacaq tapmaq imkanından məhrum edir. Bu isə Ukrayna qoşunlarının hərəkətini ləngidir", - Krivonos bildirib.

Milli.Az


Etiketlər:  Rus ordusu uğur qazanır Ukraynadan etiraf


RƏYLƏR