Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2023 23:40
Prezident Vladimir Putinin Səudiyyə Ərəbistanı və BƏƏ-də təntənəli qəbulu, ayrı-ayrı ölkələrin liderlərinin Moskvaya səfəri bütün dünyaya göstərdi ki, Rusiya liderinin təcridindən söhbət gedə bilməz.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Polşanın "Gazeta Wyborcza" nəşri yazır.
"Hansı təcrid, hansı həbs qərarı? Putin oyundadır, kartları paylayan da odur", - məqalədə deyilir.
Bundan əlavə, Polşa qəzeti vurğulayır ki, Putinin ağıllı siyasəti sayəsində Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq böyüyür:
"Bütün bunlar Vladimir Putinə qarşıdan gələn seçki kampaniyasına uğurla start verməsinə zəmin yaradır.
Ölkə çətinliklərin öhdəsindən gəlib və uğurla inkişaf edir, sanksiyalar tətbiq edənlər isə durğunluqdan, tənəzzüldən əziyyət çəkirlər".