Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 07:04
Türkiyə Super Liqasının hesabat turunda keçirilən "Ankaragücü" - "Rizespor" matçında xoşagəlməz hadisələr yaşanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, final fitindən sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olub.
O, gözlənilmədən qarşılaşmanın baş hakimi Halil Umut Melerə yumruq zərbəsi endirib. Zərbə nəticəsində ədalət təmsilçisi yerə yıxılıb və o, gözündən ciddi xəsarət alıb.
Baş hakimə hücum edən klub prezidenti Faruk Koca saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. Onun sözlərinə görə, hakimə hücumda iştirak edən K.C və Ş.Y.Ş adlı şəxslər də saxlanılıb.