Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldu 2023-cü ildə 50-ci qolunu vurmaqla Erlinq Holanna çatıb

Ronaldu 2023-cü ildə 50-ci qolunu vurmaqla Erlinq Holanna çatıb

Tarix: 12 Dekabr 2023 09:08

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu 2023-cü ildə 50-ci qolunu vurub.

Milli.Az report-a istinadən xəbər verir ki,38 yaşlı hücumçu "Əl-Şabab"a 5:2 hesabı ilə qalib gəldikləri Kral Kubokunun 1/4 final matçında fərqlənib.

Təcrübəli forvard Norveç millisinin və İngiltərənin "Mançester Siti" komandasının oyunçusu Erlinq Holanna çatıb.

Qeyd edək ki, Ronaldu yanvardan "Əl-Nəsr"də çıxış edir. Onun hazırkı sözləşməsinin müddəti 2025-ci ildə başa çatır.

Milli.Az


Etiketlər:  Ronaldu 2023 ildə qolunu vurmaqla Erlinq Holanna çatıb


RƏYLƏR