Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Praqada yad edildi - FOTO

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Praqada yad edildi - FOTO

Tarix: 12 Dekabr 2023 21:39

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Azərbaycanın Çexiyadakı səfirliyində anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın bu ölkədəki diaspor təşkilatlarının nümayəndələri, tələbələr və səfirliyin kollektivi iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər ilə bağlı yaradılmış guşənin önünə çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra səfir A.Məmmədov çıxış edərək Ulu Öndərin müstəsna xidmətlərindən danışıb. O, qeyri-adi şəxsiyyətin, zəngin dövlətçilik təcrübəsi və böyük vətən sevgisi olan Heydər Əliyevin müstəqil Azərbaycanın memarı olduğunu bildirib, Azərbaycanın təkcə beynəlxalq münasibətlər sistemində tutduğu layiqli yerə görə deyil, o cümlədən tolerant və multikultural dəyərlərə görə də Ulu Öndərə borclu olduğumuzu vurğulayıb. Səfir bildirib ki, Ulu Öndər artıq 20 ildir aramızda olmasa da, onun ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə apardığı müqəddəs işi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu Öndərin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoymaq və ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etmək kimi ən müqəddəs arzularını da məhz onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirildiyini bildirən A.Məmmədov, xalqımızın bundan sonra da vaxtilə Heydər Əliyevin arzuları, ideyaları olan neçə-neçə qələbənin şahidi olacağına əmiliyini qeyd edib.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan film nümayiş olunub.

Milli.Az


Etiketlər:  Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Praqada yad edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ