Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 21:52
Türkiyə Super Liqasında keçirilən "Ankaragücü" - "Çaykur Rizəspor" matçından sonra hücuma məruz qalan türkiyəli hakim Halil Umut Melerin ifadəsi açıqlanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Halil Umut Meler verdiyi ifadədə Faruk Kocanın onu ölümlə təhdid etdiyini bildirib.
O, güzəştə getmək istəmədiyini qeyd edərək bütün hücum edən şəxslərdən şikayətçi olduğunu nəzərə çatdırıb.
"Faruk Koca bütün hakim dostlarıma və mənə: "Sizi bitirəcəyəm", - dedi. Mənə xitab edərək: "Səni öldürəcəyəm", - dedi. Kocadan və digər şəxslərdən şikayətçiyəm. Güzəştə getmək istəmirəm", - deyə referi açıqlamasında vurğulayıb.