Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyevdə vurulmuş raketlərin qalıqları şəhərə düşüb, yaralılar var

Kiyevdə vurulmuş raketlərin qalıqları şəhərə düşüb, yaralılar var

Tarix: 13 Dekabr 2023 07:24

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə atdığı raketlərin havada zərərsizləşdirilməsindən sonra yaşayış ərazilərinə düşməsi nəticəsində 25 nəfər yaralanıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko teleqramda açıqlayıb.

Bildirilib ki, havada zərərsizləşdirilmiş raketlər yaşayış massivlərinə düşərək yanğına səbəb olublar. Şəhərin Dnipro rayonunda qalıqlar binanın fasadını zədələyib və yeddinci mərtəbədə yanğına səbəb olub. Sakinlər təxliyə olunub.

"Xeyli sayda zərərçəkmiş var. Zədələr əsasən partlayış dalğasından qırılmış pəncərə şüşələrinin kəsikləri ilə əlaqədardır", - Kiyev Şəhər Hərbi Administrasiyası bildirib.

Kliçkonun məlumatına görə, Dnipro rayonunda 25 nəfər yaralanıb. Onlardan 13-ü xəstəxanaya qaldırılıb, 12-nə yerindəcə yardım edilib. Həmçinin binanın həyətində dörd avtomobil yanıb. Eyni zamanda, yaxınlıqda uşaq bağçasına da zərər dəyib. Bundan başqa, raket qalıqları şəhərin digər rayonlarında da fəsadlara yol açsa da, dinc əhali arasında itki olmayıb.


Etiketlər:  Kiyevdə vurulmuş raketlərin qalıqları şəhərə düşüb yaralılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ