Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boykot edilən "Zara"dan qalmaqallı açıqlama - FOTOlar

Boykot edilən

Tarix: 13 Dekabr 2023 13:22

Xəbər verdiyimiz kimi,  Zara geyim markasının yeni kolleksiyası ilə bağlı yayımladığı fotoşəkillərdəki dağıntılar və cəsəd modelləri sosial mediada Fələstinə istinad kimi şərh edilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, reaksiyalardan sonra fotoları silən markadan açıqlama gəlib.

Çəkilişin iyul və sentyabr aylarına aid olduğunu bildirən brend, görüntülərin yanlış şərh edildiyini iddia edərək, bunu sosial media istifadəçilərinin üzərinə atıb:

"Zara atelyesinin son kampaniyası "The Jacket" ilə bağlı şərhləri oxuduqdan sonra aşağıdakı açıqlamanı müştərilərimizlə bölüşmək istərdik. İyul ayında dizayn edilmiş və fotoşəkilləri çəkilmiş kampaniya. sentyabr ayında, heykəltəraş emalatxanasındakı yarımçıq heykəllərin bir sıra vizual görüntülərini təqdim edir və yalnız "Əl istehsalı geyimləri bədii kontekstdə nümayiş etdirmək məqsədi ilə yaradılmışdır. Təəssüf ki, bəzi müştərilər bu şəkillərdən narahatedici mesajlar anlayıb və Zara bu anlaşılmazlığa görə təəssüflənir və hər kəsə dərin hörmətimizi şəkilləri silərək bir daha təsdiqləyirik".

Milli.Az


Etiketlər:  Boykot edilən Zaradan qalmaqallı açıqlama FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ