Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur aktrisa 4-cü dəfə ana olacaq - FOTOlar

Məşhur aktrisa 4-cü dəfə ana olacaq - FOTOlar

Tarix: 13 Dekabr 2023 19:30

Uşaq aktrisa kimi məşhurlaşan, daha sonra pop ulduzu olan Hilari Daff dördüncü dəfə ana olmağa hazırlaşır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir gənc yaşına baxmayaraq şou-biznesdə olan müğənni 36 yaşında analıq sevincini bir daha yaşayacaq.

Ailəyə qoşulacaq yeni körpə Hilari Daffın dördüncü övladı və 2019-cu ildə evləndiyi ikinci əri Metyu Komadan dünyaya gətirdiyi üçüncü övladı olacaq.

Məşhur müğənni İnstaqramda paylaşdığı və bütün ailənin qatıldığı yeni il şənliyi pozası ilə körpə müjdəsini verilib.

Milli.Az


Etiketlər:  Məşhur aktrisa 4 dəfə ana olacaq FOTOlar


RƏYLƏR