Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada qıtlıq: türk şirkətləri tədarükə başladı

Rusiyada qıtlıq: türk şirkətləri tədarükə başladı

Tarix: 13 Dekabr 2023 22:10

Türk şirkətləri Rusiyaya toyuq yumurtası ixrac etməyə başlayıb. Təchizatla bağlı heç bir problem olmayacaq.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Yumurta İstehsalçıları Birliyinin sədri Mustafa Afyon deyib.

"Üç şirkətimiz tədarüklərə başlayıb. Ümumilikdə 21 türk şirkəti Rusiyaya toyuq yumurtası tədarükü üçün icazə alıb. İxracla bağlı heç bir problem olmayacaq, biz Rusiya tərəfinin bütün ehtiyaclarını ödəməyə hazırıq", - Afyon bildirib.

Qeyd edək ki, Rusiyada yumurta qıtlığı yaşanır. Artıq bir çox yerdə yumurta almaq üçün uzun növbələr yaranıb. Yumurtanın qiyməti ölkədə 17 faiz bahalaşıb.


Etiketlər:  Rusiyada qıtlıq türk şirkətləri tədarükə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ