Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

1 milyarddan çox qazandı, rekord qırdı

1 milyarddan çox qazandı, rekord qırdı

Tarix: 13 Dekabr 2023 23:40

Məşhur amerikalı müğənni Teylor Sviftin adı "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Eras dünya turu çərçivəsində 1 milyard dollar gəlir əldə edərək buna nail olub.

Teylorun musiqi turu bütün zamanların ən çox gəlir gətirən turu olaraq sözügedən kitaba salınıb. Bildirilib ki, o, konsertlərindən Beyonsun iki "Renessans" dünya turundan qazandığından iki dəfə çox gəlir əldə edib.

Belə ki, turun gəliri 1 milyard dolları ötərək Elton Conun əvvəlki rekordunu (939 milyon dollar) üstələyib.

Qeyd edək ki, Teylorun dünya turu bu ilin martında başlayıb və 2024-cü ilin dekabrında başa çatacaq.

İyulun 29-da bildirilmişdi ki, müğənninin pərəstişkarları onun Sietldəki konsertində rekord seysmik aktivliyə səbəb olublar. Bu, 2,3 bal gücündə zəlzələ ilə müqayisə edilib.

Dekabrın 6-da "Time" jurnalı Teyloru ilin adamı elan edib.

Milli.Az


Etiketlər:  1 milyarddan çox qazandı rekord qırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ