Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” “pley-off”a ciddi itkilərlə gedir

“Qarabağ” “pley-off”a ciddi itkilərlə gedir

Tarix: 14 Dekabr 2023 23:50

Avropa kuboklarının pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ" bu mərhələyə ciddi itkilərlə gedir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin zədəli müdafiəçisi Kevin Medina ilə yanaşı cinah müdafiəçisi Marko Veşoviç də pley-off-un ən azı 1 matçını buraxmalı olacaq. 

Buna monteneqrolu futbolçunun bu gün "Hekken"lə (İsveç) qrupun son matçının 56-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alması səbəb olub. Rəqibə qarşı kobud oynayan futbolçuya 1, yoxsa 2 oyunluq cəzanı UEFA təyin edəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 15 və 22 fevralda keçiriləcək. 

Hazırda "Hekken"lə oyunda 2:0 hesabı ilə öndə olan "Qarabağ" qalib gələcəyi halda "Bayer" - "Molde" matçının nəticəsindən asılı olmayaraq Avroliqada 1/16 finalda oynamaq hüququ qazanacaq.

Milli.Az


Etiketlər:  Qarabağ pley offa ciddi itkilərlə gedir


RƏYLƏR