Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2023 07:09
Qızılcayla mübarizə məqsədilə məktəb və universitetlərdə məhlullarla dezinfeksiya işlərinə başlanılıb.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, qızılcaya qarşı tədbirlər koviddən fərqli olmalıdır.
Kovid pandemiyasında da küçə və binaların dezinfeksiyasının elə də əhəmiyyətli təsir etmədiyini gördük.
Qızılca o qədər yoluxucu infeksiyadır ki, hətta bir binada bir xəstə uşağın olması kifayətdir ki, 90% bina yoluxsun. Bu zaman evin, binanın, hətta əllərin dezinfeksiyası bir işə yaramır.
Qızılcadan maska da qorumur.
Qızılca ilə mübarizənin yeganə yolu karantin və peyvənddir.
Hazırda yoluxma aktiv olduğu üçün peyvəndləmə də risklidir və peyvənd olunan uşaq sağlam olmalıdır.
Ona görə də məktəb, bağça və universitetlərdə xəstəlik riskni həm də orta yaşlı təbəqə daşıyır. Qızılca 30-40 yaş qrupu üçün xüsusilə ağır keçir.
20-30 yaşlı şəxs hətta uşaqlıqda peyvənd olunsalar da, qızılcaya yoluxa bilər. Təkrari yoluxma daha yüngül keçə bilər. Lakin kimin bu xəstəliyi necə keçirməsi öncədən proqnozlaşdırıla bilməz.