Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ən xəstə halınızda yaza bilməsəniz də mənə emoji göndərirdiniz''

''Ən xəstə halınızda yaza bilməsəniz də mənə emoji göndərirdiniz''

Tarix: 15 Dekabr 2023 13:40

"Azərbaycanın teatr və film tarixinə adını yazdırmış Ramiz Məlikin ölüm xəbəri məni yıxdı. Sənətinə, istedadına, səsinə, şəxsiyyətinə heyran olduğum aktyor".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Məlahət Abbasova ötən gün dünyasını dəyişən Xalq artisti Ramiz Məliklə bağlı paylaşımında yazıb.

Sənətçi mərhumla bağlı xatirələrini bölüşüb:

"Ramiz Məliklə Akademik Milli Dram Teatrında çalışdığım illərdə İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı", Elçinin "Mahmut ilə Məryəm" filmində bərabər oynamışdıq. Hər zaman görüntülü danışardıq, yazışardıq. "İblis" əsərini səhnələşdirəndə məndən çox stres keçirdirdi, məsləhətlər verirdi. Uğurlarıma hər zaman sevinirdi.

Ramiz müəllim, sizdən mənə bir dünya xatirə qaldı. Yaxşı ki, sağlığınızda sizi nə qədər çox sevdiyimi sizə demişəm. Ən xəstə halınızda yaza bilməsənizdə mənə emoji göndərirdiniz. Sizin üçün çox darıxacağam. Siz də mənim qəlbimdəsiniz. Elvida gözəl insan, böyük sənətkar. Məkanınız cənnət olsun. Gedən cisminizdir, ruhunuz bizimlədir". 

Qeyd edək ki, Ramiz Məlik uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.


Etiketlər:  xəstə halınızda yaza bilməsəniz mənə emoji göndərirdiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ