Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çində iki metro qatarı toqquşub: Yüzlərlə yaralı var - FOTO

Çində iki metro qatarı toqquşub: Yüzlərlə yaralı var - FOTO

Tarix: 15 Dekabr 2023 14:16

Çinin paytaxtı Pekində iki metro qatarı toqquşub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, səlahiyyətlilər qəzanın Pekinin qərb hissəsindəki Çanpinq metro xəttinin yerüstü hissəsində baş verdiyini açıqlayıblar.

Qəza nəticəsində 515 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım, polis və nəqliyyat qrupları cəlb edilib və bütün sərnişinlər təxliyə ediliblər. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Bildirilir ki, qatarlar güclü qar səbəbindən sürüşkən olan relslərdə onlardan birinin avtomatik əyləc sisteminin işə düşməsi nəticəsində toqquşub.

Milli.Az


Etiketlər:  Çində iki metro qatarı toqquşub Yüzlərlə yaralı var FOTO


RƏYLƏR