Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2023 21:10
"26 Avropa İttifaqı (Aİ) ölkəsi Avropada büdcə qaydalarının sadələşdirilməsi müqabilində Ukraynaya yardımı davam etdirmək üçün Aİ büdcəsinə əlavə töhfələr verməyə hazırdır".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bildirib.
Qeyd edək ki, bundan əvvəl Avropanın büdcə komissarı Yohannes Han bildirib ki, Macarıstanın buna mane olması barədə bəyanatlarına baxmayaraq, Avropa İttifaqı ölkələrinin liderləri bu həftənin sonuna qədər Ukraynaya dəstək üçün təxminən 50 milyard avro ayrılması barədə razılığa gələ bilərlər.