Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Emreli derbidə iştirak edəcək? - AÇIQLAMA

Mahir Emreli derbidə iştirak edəcək? - AÇIQLAMA

Tarix: 16 Dekabr 2023 14:46

"Dinamo" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya çempionatındakı növbəti oyunu buraxacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Yakiroviç açıqlamasında bildirib.

46 yaşlı mütəxəssis forvardın "Hayduk"a qarşı XIX tur matçında meydana çıxmayacağını deyib. Yakiroviç Emrelinin dizində ağrılar hiss etdiyini söyləyib.

Qeyd edək ki, dekabrın 17-də reallaşacaq "Dinamo" - "Hayduk" derbisi Bakı vaxtı ilə saat 20:15-də başlanacaq. Paytaxt klubu 16 oyundan sonra 33 xalla ikinci pillədə qərarlaşıb. 18 görüşdə 40 xal toplayan "Hayduk" isə liderdir.

Milli.Az


Etiketlər:  Mahir Emreli derbidə iştirak edəcək AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ