Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kim Çen In ölkəyə qaçaqmalçılıq yolu ilə sevdiyi avtomobilini gətizdirib - VİDEO

Kim Çen In ölkəyə qaçaqmalçılıq yolu ilə sevdiyi avtomobilini gətizdirib - VİDEO

Tarix: 16 Dekabr 2023 15:00

Şimali Koreya lideri Kim Çen In KXDR-ə qarşı sərt sanksiyalara baxmayaraq, "Maybach" markalı avtomobil alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın SBS yayım şirkəti məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı onun öz avtomobilini 2019-cu ildə buraxılmış "Mercedes-Maybach S650"-lə əvəzlədiyi aydın olub.

Qeyd olunub ki, Kim Çen In sentyabr ayında Rusiyaya səfəri zamanı köhnə avtomobilindən istifadə edib.

KXDR-də "Maybach" dəbdəbə anlayışına daxildir və onların ölkəyə ixracı BMT Təhlükəsizlik Şurasının qərarı ilə qadağan edilib.

"The New York Times"ın iddiasına görə, 2019-cu ildə "Mercedes-Benz" avtomobilləri dörd ay ərzində beş ölkə vasitəsilə KXDR-ə qaçaqmalçılıq yolu ilə gətirilib, eyni sxem bu dəfə də istifadə edilə bilər.

Milli.Az


Etiketlər:  Kim Çen In ölkəyə qaçaqmalçılıq yolu ilə sevdiyi avtomobilini gətizdirib VİDEO


RƏYLƏR