Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış bloger Asya Aslanova reanimasiyaya yerləşdirildi - Vəziyyəti ağırdır

Tanınmış bloger Asya Aslanova reanimasiyaya yerləşdirildi - Vəziyyəti ağırdır

Tarix: 16 Dekabr 2023 18:45

Məşhur azərbaycanlı bloger Asya Aslanova ağır vəziyyətdə "Baku "Medical Plaza" xəstəxanasına yerləşdirilib. Bu barədə jurnalist, bloger Ramal İsayev sosial şəbəkədə məlumat verib.

Milli.Az xəbər verir ki, o, məsələ ilə bağlı azxeber.com-a açıqlamasında Asyanın durumunun kritik olduğu bildirib.

Ramal İsayevin sözlərinə görə, dişini müalicə etdirən blogerin bədəninə infeksiya düşüb və sürətlə yayılıb:

"Diş həkimi müalicə zamanı yerli keyitmə əvəzinə, ümumi narkozdan istifadə edib. Dişində problem vardı. Bu zaman da dişindəki infeksiya narkoz borusu vasitəsilə bütün bədəninə yayılıb. Hazırda reanimasiyadadır, bilinci qapalıdır, vəziyyəti çox ağırdır. 48 saatlıq gözləmə zamanının 24 saatı geridə qalıb. Hər kəs hələ ki, gözləmə mövqeyindədir. Dualarımız onunladır".

Milli.Az


Etiketlər:  Tanınmış bloger Asya Aslanova reanimasiyaya yerləşdirildi Vəziyyəti ağırdır


RƏYLƏR