Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2023 22:06
Böyük Britaniyanın "FourFourTwo" futbol jurnalı 1990-cı illərdə dünyanın ən yaxşı futbolçularının reytinqini dərc edib.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, siyahı nəşrin saytında təqdim olunub.
Reytinqə Fransa millisinin sabiq kapitanı Zinəddin Zidan başçılıq edir. Futbolçu karyerası ərzində "Kann", "Bordo", Turin "Juventus"u və Madrid "Real"ında oynayıb.
İkinci yeri braziliyalı Ronaldo, ilk üçlüyü isə italiyalı keçmiş hücumçu Roberto Baggio tutub.
Paolo Maldini (İtaliya) 4-cü, Rivaldo (Braziliya) 5-ci, Marko van Basten (Hollandiya) 6-cı, Dennis Bergkamp (Hollandiya) 7-ci, Luiş Fiqu (Portuqaliya) 8-ci, Romario isə 9-cu (Braziliya), 10-cu - Xristo Stoiçkov (Bolqarıstan), 11-ci - Erik Kantona (Fransa), 12-ci - Qabriel Batistuta (Argentina), 13-cü - Lotar Matteus (Almaniya), 14-cü - Roberto Karlos (Braziliya) , 15-ci - Marsel Desayli olub (Fransa).