Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KİV: Avropada ukraynalı qaçqınların əlindən uşaqları alınır

KİV: Avropada ukraynalı qaçqınların əlindən uşaqları alınır

Tarix: 17 Dekabr 2023 15:14

KİV: Avropada müxtəlif bəhanələrlə ukraynalı qaçqınların əlindən uşaqları alınır

Ukraynalı hüquqşünaslar Avropa İttifaqı ölkələrində müvəqqəti qoruma statusuna malik olan bu ölkə vətəndaşlarından uşaqların götürülməsi hallarının artmasından narahatdırlar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Report" Ukraynanın "Həftənin güzgüsü" nəşri məlumat yayıb.

Nəşr bildirib ki, Evreux şəhərində (Normandiya, Fransa) müvəqqəti qoruma statusunda olan 18 yaşlı ukraynalı Lyudmila Koltunovskayanın doğum evindəki yeni dünyaya gələn oğlu "Ana uşağa soyuq yanaşır" iddiası ilə sosial xidmət tərəfindən götürülərək himayədar ailəyə verilib.

Qeyd olunub ki, Ukraynanın Fransadakı səfirliyi, Ədliyyə Nazirliyi və ukraynalı könüllülər ana və uşağın qovuşması uğrunda mübarizəyə qoşulub. Dekabrın 11-də keçirilən məhkəmə iclasında nə Ukrayna konsulu, nə səfirliyin digər nümayəndələri, nə könüllülər, nə də ukraynalı vəkilin iştirakına icazə verilməyib.

Buna baxmayaraq, məhkəmə davamlı məsləhət dəstəyi ilə uşağı valideynlərinə qaytarmaq barədə qərar qəbul edib.

Zərərçəkənin vəkili Marina Semenova bildirib ki, bu iş ilk hal deyil. Onun hüquqi təcrübəsində artıq oxşar faktlar olub - Estoniya, Danimarka, Polşa, Almaniyada uşaqların müxtəlif bəhanələrlə valideynlərindən götürülməsi halları baş verib.

Vəkilin sözlərinə görə, Aİ-də müvəqqəti müdafiə statusu olan anaların uşağı ilə Ukraynaya getmək hüququnu məhkəmə vasitəsilə sübut etmək lazımdır. Xüsusilə, vəkil öz təcrübəsindən misal çəkib - bu ilin fevralında Ukrayna vətəndaşı övladı ilə birlikdə Aİ-dəki evini tərk etmək istəsə də, Ukrayna-Polşa sərhədində saxlanılıb.

Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkilinin ofisi 2023-cü ilin yayında uşaqların yerli sosial xidmətlər tərəfindən Avropada valideynlərindən və ya qəyyumlarından götürülməsi ilə bağlı ən azı 240 hadisə barədə məlumat verib. Xüsusilə, Polşada avqust ayına olan məlumata görə, 75 ukraynalı uşaq, İtaliyada 7, Fransada 11 uşaq ailələrindən uzaqlaşdırılıb. Hüquqşünasların sözlərinə görə, bir qayda olaraq, məktəbdən yayınma kimi əhəmiyyətsiz səbəblər bəhanə kimi irəli sürülür.

Milli.Az


Etiketlər:  KİV Avropada ukraynalı qaçqınların əlindən uşaqları alınır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ