Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Spotify'' Rusiyadakı fəaliyyətini rəsmən dayandırdı

''Spotify'' Rusiyadakı fəaliyyətini rəsmən dayandırdı

Tarix: 18 Dekabr 2023 06:18

Rusiyada "Spotify" musiqi xidmətinin yeganə hüquqi şəxsi fəaliyyətini dayandırıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinin verilənlərindən məlum olub.

"Spotifay" MMC 2014-cü il yanvarın 13-də Rusiyada dövlət qeydiyyatına alınıb. Cari ilin fevralın 6-da xidmət ləğvetmə ərizəsi göndərib. İsveçmərkəzli musiqi xidməti "mövcud vəziyyətin hərtərəfli təhlilindən sonra" 2022-ci il aprelin 11-dən Rusiyadakı işini dayandırıb.


Etiketlər:  Spotify Rusiyadakı fəaliyyətini rəsmən dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ