Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Serbiyada növbədənkənar parlament seçkiləri başa çatdı

Serbiyada növbədənkənar parlament seçkiləri başa çatdı

Tarix: 18 Dekabr 2023 06:42

Serbiyada növbədənkənar parlament və bələdiyyə seçkilərində səsvermə başa çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Respublika Seçki Komissiyasının (RSK) sədri Vladimir Dimitriyeviç deyib.

Bildirib ki, saat 18:00-a (Bakı vaxtı ilə 21:00) olan məlumata görə, seçkilərdə fəallıq 51,93 faiz təşkil edib.

Qeyd edək ki, seçicilər Xalq Məclisinin (birpalatalı parlament) 250 üzvünü dörd il müddətinə, habelə onların Belqrad və Voyvodina Muxtar Vilayəti də daxil olmaqla 65 şəhər və bələdiyyədəki nümayəndələrini seçiblər.

Respublika Seçki Komissiyası (REK) 6,5 milyondan çox insanın səsvermə hüququna malik olduğunu bildirib.

Seçkilərin nəticələri Respublika Seçki Komissiyası tərəfindən dekabrın 21-i Bakı vaxtı ilə saat 23:00-dək elan edilməlidir.

Milli.Az


Etiketlər:  Serbiyada növbədənkənar parlament seçkiləri başa çatdı


RƏYLƏR