Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu institutda da ölüyə Quran oxumağı öyrədəcəklər?

Bu institutda da ölüyə Quran oxumağı öyrədəcəklər?

Tarix: 18 Dekabr 2023 12:48

İlahiyyat Kollecinin yaradılmasını alqışlayıram. Amma bir vacib məsələni qeyd etmək lazımdır. Orada dərs deyən müəllimlərin özləri mövhümatı, xurafatı gənclərimizə fərqli bir formada çatdıracaqlarsa, onda bu, eyni ənənəvi təhsilin davamı olacaq.

Sonxeber.net bildirir ki, bu sözləri axar.az-a ilahiyyatçı alim Elşad Miri deyib.

"Yəni buradan bu gün çox böyük bir nəticə gözləmək əbəs olar. Dini Komitədə çalışanlar və onların daxilində fəaliyyət göstərən İlahiyyat İntitutunun, kollecinin müəllimləri nə qədər gizlətməyə çalışsalar da, hansısa məzhəbə mənsubdurlar. Bu insanlar öz məzhəblərinə zidd gedə bilməz. Beləliklə, müəllimlər şüuraltında öz fikirlərini ötürür. İlahiyyat İnstitutunun müəllimləri video hazırlayaraq ölüyə Quran oxumağı əsaslandırmağa çalışır. Mən də deyirəm ki, ölüyə Quran oxumaq olmaz. Konkret olaraq bu məsələlərlə bağlı məni özləri üçün hədəfə çeviriblər", - Miri bildirib.


Etiketlər:  institutda ölüyə Quran oxumağı öyrədəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ