Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2023 20:12
Ukraynaya 50 milyard avro yardımın ayrılması üçün 2027-ci ilə qədər çoxillik büdcəyə düzəlişlər üzrə Avropa İttifaqının (Aİ) fövqəladə sammiti keçiriləcək.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.
"Avropa İttifaqının çoxillik büdcə ilə bağlı fövqəladə sammiti fevralın 1-də keçiriləcək. Ukraynaya yardımı təsdiqləmək üçün Macarıstanı razı salmağa bir az daha vaxt lazımdır", - o bildirib.
Qeyd edək ki, dekabrın 14-15-də keçirilən sammitdə Aİ liderləri Ukraynaya 2027-ci ilə qədər 50 milyard avroluq yardım proqramını formalaşdırmaq üçün çoxillik büdcə və Aİ ölkələrinin əlavə töhfələri ilə bağlı razılığa gəlməyiblər. Nəticədə Ş.Mişel 2024-cü ilin əvvəlində bu mövzuda yeni sammitin keçiriləcəyini bildirib.