Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2023 21:48
Avropa Birliyinin Rusiyaya 12-ci sanksiyalar paketi təsdiqlənən gün - 18 dekabrda Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib ki, ölkənin almaz ixracı kəskin artıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə o, mediaya açıqlamasında bildirib.
O iddia edib ki, almaz ixracının belə kəskin artmasının səbəbi "yaxşı işin nəticəsidir".
Qeyd edək ki, Avropa Birliyi ölkələri uzun müddətdir Rusiyadan almaz idxalının qadağan edilməsi üzərində çalışır və bunun təsdiqlənəcəyi gözlənilən idi. Bunu nəzərə alan Ermənistan isə artıq bir müddətdir Rusiyadan almaz idxal edərək, onu öz adı ilə bazara çıxarmağa başlayıb. Məqsəd isə Rusiyaya qadağa tətbiq edilərkən Ermənistandan almaz ixracının kəskin artmasının diqqət cəlb etməməsidir. Başqa sözlə, Ermənistan ixracın guya Rusiyaya qadağa tətbiq olunmazdan öncə də "yüksək olduğunu" göstərərək, Kremlə sanksiyaları yarmaqda kömək etmədiyi görüntüsünə əvvəlcədən hazırlaşıb.
Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsinə şərait yaradan əsas ölkələrdən biridir. Təsadüfi deyil ki, 2022-ci ildə Ermənistanın Aİİ-yə ixracı 4 dəfə, bu il isə indiyə qədər daha 41 faiz artıb və 5,7 milyard dollara çatıb. Yəqin ki, il sonuna qədər bu rəqəm 6 milyad dolları keçəcək.
Ermənistan tarixində ilk dəfədir ki, Aİİ ölkələri (xüsusilə Rusiya) ilə ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb.