Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2023 17:56
Türkiyədə vaş verən avtomobil qəzasında 2 pilot ölüb, 1-i yaralanıb.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, İstanbulun Çatalca rayonunda baş verən hadisədə pilotlar eyni nəqliyyat vasitəsində olub.
Məlumata görə, Türk Hava Yollarının (THY) əməkdaşları olan Oğuzhan Dağ, Ekin Günəş və E.E., reysləri olmadığı vaxt səhər saatlarında eyni avtomobillə Çatalca istiqamətində irəliləyiblər.
Bu vaxt kapitan pilot E.E-nin idarə etdiyi avtomobil yük maşınının arxasına çırpılıb.
Dəhşətli qəzada Türkiyə Hava Yollarının kapitan pilotları Oğuzhan Dağ və Ekin Günəş hadisə yerində dünyasını dəyişib.
E.E isə xəstəxanaya çatdırılıb.