Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KİV: Avropa İttifaqı müharibə bitdikdən sonra Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

KİV: Avropa İttifaqı müharibə bitdikdən sonra Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

Tarix: 20 Dekabr 2023 07:54

Avropa İttifaqı Ukraynada hərbi əməliyyatların tam başa çatmasından və sülh sazişinin imzalanmasından sonra belə Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "TASS" Avropa ölkələrindən birinin Brüsseldəki missiyasındakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Biz bilməliyik ki, Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra sanksiyalar ləğv edilməyəcək. Sanksiyaların ləğvi atəşkəs sazişinin bir hissəsinə və ya gec-tez münaqişəyə son qoyacaq sülh sazişinin imzalanması şərtinə çevrilsə belə, bu öhdəliyi yerinə yetirmək çox çətin olacaq", - mənbə bildirib.

Eyni zamanda sanksiyalarla bağlı qərarların qəbulu prosedurunun özündə də problem var. Mənbənin sözlərinə görə, məhdudiyyətlərin qüvvəyə minməsi və onların ləğvi və ya hətta sanksiyalar rejiminin yumşaldılması ilə bağlı hər hansı qərarın qəbul edilməsi üçün Aİ Şurasında yekdil qərar qəbul edilməlidir.

Milli.Az


Etiketlər:  KİV Avropa İttifaqı müharibə bitdikdən sonra Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək


RƏYLƏR