Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BU ölkə gələn ilin sonuna qədər MDB-dən çıxacaq

BU ölkə gələn ilin sonuna qədər MDB-dən çıxacaq

Tarix: 20 Dekabr 2023 16:48

Moldova gələn ilin sonuna qədər Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq.

Sonxeber.net xəbər verir ki, bu barədə ölkə parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doina German bildirib.

Komissiya rəhbəri bildirib ki, Moldova bu yaxınlarda müdafiə və təhsil sahəsində MDB çərçivəsində üç sazişi ləğv edib və Birlikdən çıxmaq üçün demək olar son mərhələdədir:

"2024-cü ilin sonuna qədər prosesi tamamlamağı qarşımıza məqsəd qoymuşuq. Moldova MDB-ni tərk etməklə iqtisadi zərər görməyəcək".

Parlamentari bildirib ki, Moldova MDB-ni tərk etməkdən xeyir götürəcək, çünki Birliyə ödənişlər etməli olmayacaq.


Etiketlər:  ölkə gələn ilin sonuna qədər dən çıxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ